EN

Azərbaycanda hər 100 ailədən 62-sinin avtomobili var

2023-cü ilin sonunda Azərbaycanda nəqliyyat vasitələrinin sayı 1 milyon 738 min 940 ədəd, o cümlədən minik avtomobillərinin sayı 1 milyon 501 min 957 ədəd təşkil edib.

Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin sonu ilə müqayisədə 2023-cü il ərzində nəqliyyat vasitələrinin sayı 93 min 687 ədəd, o cümlədən minik avtomobillərinin sayı 82 min 87 ədəd artıb. 

Ötən ilin sonunda hər 1000 nəfərə 171 avtomobil (nəqliyyat vasitəsi) düşüb. 2022-ci ilin sonunda bu say 162 idi.

Ötən ilin sonunda hər 1000 nəfərə 148 minik avtomobili düşüb. Bu say 2022-ci ilin sonunda 141 idi.

2023-cü ilin yekununda hər 100 ev təsərrüfatına (ailəyə) isə 62 şəxsi minik avtomobili düşüb. Bu say 2022-ci ilin sonunda 58 idi. 

şəxsi minik avtomobil
Chosen
38
1
marja.az

2Sources