Dövlət Kontrakt Korporasiyası - "Azərkontrakt" ASC 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, ötən il "Azərkontrakt"ın təbii qaz satışından gəlirləri 1 milyard 520 milyon 829 min manat, satışının maya dəyəri 1 milyard 383 milyon 597 min manat , nəqletmə xərcləri 76 milyon 562 min manat , qazın yeraltı anbarlara vurulması xərcləri 13 milyon 133 min manat, anbarlardakı itkilərə görə zərəri 7 milyon 505 min manat , anbarlardan qazın götürülməsi xərcləri 12milyon 096 min manat , magistral xətlərdəki itkilərə görə zərəri 4milyon 512 min manat , texnoloji sərfiyyat xərcləri 2milyon 091 min manat , işçi heyəti ilə bağlı xərcləri 2milyon 554 min manat , tranzit haqları xərci 156 min manat , qaz nəqlindən gəlirləri 34milyon 101 min manat , faiz gəlirləri 2milyon 768 min manat, faiz xərcləri 33 min manat , digər xərcləri 2 milyon 931 min manat , mənfəət vergisi ödəmələri isə 10milyon 827 min manat təşkil edib.
2023-cü ili 41 milyon 703 min manat xalis mənfəətlə başa vurub. Bu 2022-ci ilə nisbətən 106 milyon 400 min manat və ya 3,6 dəfə azdır.