EN

Rayonlara leysan yağdı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, bölgələrdə qeyri-sabit hava şəraiti davam edib.Bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.Düşən yağıntının miqdarı Qəbələdə 27 mm, Lerik, Astarada 22 mm, Oğuzda 17 mm, Kürdəmir, Şahdağda 15 mm, Qubada 11, Qrız, Yardımlıda 10 mm, Göyçayda 9 mm, Lənkəranda 8 mm, Zərdab, Tərtər, Şəki, Qax, Qobustan, Qusar, Şamaxı, Biləsuvar, Naftalan, İsmayıllı, Altıağac, Şabran, Mingəçevir, Beyləqan, Daşkəsən, Naxçıvan, Gədəbəy, Göygöl, Gəncə, Bərdə, Goranboy, Ağdam, Balakən, Xaltan, Yevlax, İmişli, Neftçalada 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.Şahdağ, Qrız, Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Şəki, Qaxda duman müşahidə olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 35, Aran rayonlarında 33, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti olub.

Chosen
55
50
metbuat.az

10Sources