EN

Ermənistan Türkiyə ilə razılaşmalardan danışdı: İrəvan Ankaradan nə istəyir?

Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi çərçivəsində əldə olunan bütün razılaşmaların yerinə yetirilməsinə sadiqdir və Ankaradan da bunu gözləyir.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Xarici İşlər Nazirliyi yazılı sorğuya cavab olaraq məlumat verib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrəvanla Bakı arasında sülh prosesinin müsbət nəticələnəcəyi təqdirdə Ermənistanla sərhədin açıla biləcəyini istisna etməyib.

Eyni zamanda, Ermənistan Xarici İşlər Nazirliyi izah edib ki, Yerevan Ankaradan, o cümlədən üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə quru sərhədinin açılması məsələsində də oxşar hazırlıq və öhdəlik gözləyir.

Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı xüsusi nümayəndələrin görüşünə gəlincə, XİN qeyd edib ki, “cəmiyyət yalnız dəqiq razılaşmalar olduqda bununla bağlı məlumat əldə edəcək”.

Chosen
44
6
publika.az

7Sources