Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı apardığını açıqlayıb.
Editor.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Tramp “Foks Nyus”a açıqlamasında deyib.
“Prezident Zelenski mənə zəng etdi, yaxşı danışıq oldu. Dedim ki, biz müharibəni bitirməliyik. Bu, (Rusiya nəzərdə tutulur – red.) hərbi maşındır, siz hərbi maşınla mübarizə aparırsınız. Onlar Hitlerə, Napoleona qalib gəliblər”, – deyə Tramp bildirib.