EN

“Mən onlar üçün təhlükəyəm” - Tramp ona qarşı sui-qəsd barədə danışıb

ABŞ-nin keçmiş prezidenti Donald Tramp iyulun 13-də həyatına edilən sui-qəsdin səbəbi barədə danışıb.

“AzPolitika” xəbər verir ki, “Politico”-nun yazdığına görə, Cənubi Karolina ştatındakı çıxışı zamanı Tramp deyib ki, demokratların onu “demokratiya üçün təhlükə” adlandırması ona qarşı sui-qəsdi tətiklədiyini düşünür: “Biz xəstə bir dünyada yaşayırıq, amma siz demokratiya üçün təhlükə adlandırılanda nə baş verə biləcəyini (Trampa qarşı hücumu nəzərdə tutur-red.) bilirsiniz. Mən onlar üçün təhlükəyəm. Onlar isə demokratiya üçün təhdiddir”.

Nəşrin yazdığına görə, Trampın “demokratiya üçün təhlükə” adlandırılması 2021-ci il yanvarın 6-da nümayişçilərin Kapitoliyanın binasına soxulmasından sonra başlayıb.

“AzPolitika.info”

Chosen
33
50
azpolitika.info

10Sources