EN

“Qalatasaray”ın futbolçusu Rusiya klubu ilə anlaşıb

“Qalatasaray”ın

Bakı, 25 iyul, AZƏRTAC

Türkiyənin “Qalatasaray” komandasının futbolçusu Kazımcan Karataş karyerasını Rusiyada davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, 21 yaşlı müdafiəçi Premyer Liqa təmsilçisi “Orenburq”la anlaşıb. Bu barədə klubun idman direktoru Dmitri Andreyev məlumat verib. O, mövsümün sonunadək icarə əsasında Rusiya komandasında çıxış edəcək.

Qeyd edək ki, Kazımcan Karataş ötən mövsüm icarə əsasında “Ankaragücü” formasını geyinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
78
2
azertag.az

10Sources