Türkiyənin Bursa bölgəsində 15 yaşlı qızına avtomobildə cinsi təcavüz edərkən yaxalanan ata Gökmen K. (44 yaş) adlı şəxs saxlanılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, həmin şəxsi \"azyaşlıya qarşı cinsi zorakılıq\" cinayətindən 39 ilə qədər həbs cəzası gözləyir.
Hadisə ötən ilin aprel ayında baş verib.
Belə ki, polis qrupları park edilmiş avtomobildə qıza qarşı cinsi zorakılıq edən R.K-nı şübhəli olaraq yaxalamışdı.
Təhlükəsizlik qüvvələrini qarşısında görən Gökmen K. \"Mən heç nə etməmişəm. Bizi buraxın, gedək. Bir daha belə bir şey olmayacaq\" deyərək ağlayıb.
Hadisədən sonra zərərçəkmiş kimi ifadəsi alınan qız öz ifadəsində deyib: \"Atam mənə təzyiq edib məni qorxudurdu. Qorxduğum üçün təklifini qəbul etdim. O, həmişə məni maşınla boş bir sahəyə gətirirdi\".
Gökmen K. aparılan əməliyyat nəticəsində məhkəmə tərəfindən həbs olunub. Prokurorun istintaqı zamanı qızı ifadəsini dəyişdirərək \"Əvvəlki ifadəm doğru deyil. Atam evdə mənə təzyiq edirdi. Çölə çıxmağımı istəmirdi\"deyib.
İkinci məhkəmədə şahid olaraq dinlənilən polis, avtomobilin meşədə görüldüyünü desə də, şübhəli şəxs qismində saxlanılan Gökmen, qızının anbarı seyr etməsi üçün maşını park etdiyini söyləyib. Gökmen K\'ya 39 ilə qədər həbs cəzası istənilib. Məhkəmə təqsirləndirilən şəxsin həbs-qətimkan tədbirinin davam etdirilməsinə qərar verib və qərar qəbul edilməsi üçün iclası təxirə salıb.
Oksana