EN

Müdafiə naziri azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb

 AZƏRBAYCAN RESPUBLİKASI Müdafiə Nazirliyinin rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin bütün bölgələrində, o cümlədən azad edilmiş ərazilərdə hərbi qulluqçuların maddi-texniki təminatının və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması üzrə görülən işlərdən danışıb.Azərbaycan Ordusunda aparılan islahatların müsbət nəticələrini qeyd edən nazir bu istiqamətdə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini əminliklə bildirib.Sonda general-polkovnik Z.Həsənov hərbi qulluqçuların qayğıları ilə maraqlanıb, onların fərdi hazırlığının inkişaf etdirilməsi, eləcə də bilik və bacarıqlarının artırılmasına dair şəxsi heyətə müvafiq tövsiyələr verib

Chosen
81
49
avropa.info

10Sources