EN

“Elman Rüstəmov Mərkəzi Bankdan 2,5 milyon manat qanunsuz kredit götürüb”

Elman Rüstəmov “Premium Bank” vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 2,5 mln manat məbləğində kredit götürüb. Heç bir gəliri olmayan şəxsin adına və məlumatsız digər vətəndaşın əmlakını qanunsuz girov qoymaqla. İndi də “Premium Bank” həmin əmlaka göz dikib ki, pulumu verin. İşə Yasamal rayon məhkəməsinin hakimi Ayşən Sultanova-Məmmədova baxır.

Pravda.az-ın xəbərinə görə, bunu vəkil Əkrəm Həsənov bildirib.

“Uzun fasilədən sonra sabah növbəti iclas olacaq. Bankdan kredit dosyesini tələb edirəm ki, gətir görək bu krediti necə vermisən, gətirmir, qorxur. Hakimə vəsatət verirəm ki, dosyeni bankdan tələb etsin, təmin etmir. İndi əmlakı ondan xəbərsiz girov qoyulmuş və mənimsənilməsi təhlükəsi olan vətəndaş haqqını necə tələb etsin? Ay bank, qanuni kredit vermisənsə, niyə sənədləri gizlədirsən? Ay hakim, kredit üzrə işə sənədləri görmədən necə baxıb qərar verəcəksən?” – o qeyd edib

Chosen
90
12
moderator.az

10Sources