EN

Bakıda narkotiklərin satışını təşkil edənlər saxlanıldı

Nəsimi Rayon Polis İdarəsinə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər barədə əməliyyat məlumatları daxil olub. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə həmin şəxslər - əvvəllər narkotiklə bağlı cinayətlərə görə məhkum olunmuş 1989-cu il təvəllüdlü Səbuhi Abasov və 2000-ci il təvəllüdlü Vüqar İsmayılov saxlanılıblar.

DÄ°N-dÉ™n bildirilib ki, onlardan ümumilikdÉ™ 10 kiloqrama yaxın narkotik vasitÉ™ marixuana, heroin vÉ™ psixotrop maddÉ™ metamfetamin aÅŸkarlanıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
74
27
oxu24.com

10Sources