EN

Türkiyənin İrana elektrik avadanlıqları ixracı 56 milyon dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar- iyun aylarında Türkiyənin İrana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz artaraq, 56,7 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyun ayında Türkiyə İrana 5,9 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 55,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0.9 faiz azalaraq 7,8 milyard dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 1,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 10,8 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023- iyun 2024) Türkiyə 16,1 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
126
33
turkic.world

10Sources