EN

MSK-da dəyirmi masa

Azərbaycan Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihəsi çərçivəsində dəyirmi masa təşkil edilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə MSK sədri Məzahir Pənahov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və komitənin Hüquq təminatı şöbəsinin müdiri Taliyə İbrahimova iştirak ediblər.

İclas zamanı MSK müxtəlif statuslu seçki iştirakçılarını əhatə edən genişmiqyaslı maarifləndirmə proqramı əsasında gerçəkləşdirilən layihənin cəmiyyətdəki aktiv mövqeyi, məqsədyönlü fəaliyyətləri, Azərbaycan qadınlarının qarşıdan gələn seçkilərdə fəallıqlarının daha da yüksəldilməsi üçün yaradılan geniş və hərtərəfli imkanlar müzakirə edilib.

Chosen
2
bakivaxti.az

1Sources