EN

İki bankın daşınmaz əmlakı hərraca çıxarılacaq

İki

Avqustun 2-də “Texnika Bank” ASC-nin, avqustun 12-də isə “Bank Standard” QSC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək. Ləğv prosesində olan bankların əmlakları "Bakı Hərrac Mərkəzi" MMC-də çatışa çıxarılacaq.

Reyting.az
xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət “Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 245 min manat olan 111,5 kv.metrlik və “Bank Standard”a məxsus Zaqatala şəhəri, Dədə Qorqud küçəsi, 9 ünvanındakı dəyəri 485 min manat olan 678,5 kv.metrlik qeyri-yaşayış sahələrindən gedir.
Chosen
68
17
reyting.az

10Sources