Ermənistan Hindistan silahının ən böyük alıcısına çevrilib."Bunu Hindistan Maliyyə Nazirliyinin parlamentə təqdim etdiyi iqtisadi hesabat sübut edir.“Keçmiş Sovet respublikası Ermənistan “Pinaka” raket sistemlərinin və “Akaş” zenit-raket komplekslərinin alınması ilə bağlı müqavilələr imzaladıqdan sonra Hindistandan ən böyük silah idxalçısına çevrilib”, - məlumatda bildirilib.