EN

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb » Medical Media


Regionlarda əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması TƏBİB-in strateji hədəflərindən biridir.

Bölgədə baş verən tibbi yeniliklərdən biri də Şamaxı Rayon Mərkəzi Xəstəxanasında baş tutub. Xəstəxanada göz əməliyyatlarının icrasına başlanılıb.

Tanınmış həkim-cərrah oftalmoloq Anar Quliyev tərəfindən icra olunan cərrahi əməliyyatlarda pasiyentlərə kataraktanın müxtəlif üsullarla cərrahi əməliyyatların - refraktif, qlaukoma, çəpgözlüyün düzəldilməsi, okuloplastik, retinal və s. əməliyyatların icrasına başlanılıb. 
İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunan bu əməliyyatlar müasir avadanlıqlarla kiçik kəsiklər aparılmaqla, qansız və qısa müddətdə həyata keçirilir.

Qeyd edək ki, katarakta əməliyyatı zamanı yumşaq hidrofil və hidrofob materiallardan istehsal edilən akrelik materialdan hazırlanan intrakulyar linzalardan istifadə olunur.

Chosen
51
medicalmedia.az

1Sources