Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində beş halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.
"Operativ Məlumat Mərkəzi-OMM" Fövqəladə Hallar Nazirliyinin (FHN)mətbuat xidmətinə istinadən bildirir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 9 nəfərə müvafiq köməklik göstərilib.