Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev hindistanlı həmkarı Sridharan Madhusudhananla ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri sosial şəbəkədə yazıb.
“Hindistanın Azərbaycandakı səfiri Zati-aliləri cənab Madhusudhanan Sridharanla işgüzar görüşüm olub. İkitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi apardıq”, – diplomat qeyd edib.
Xatırladaq ki, daha əvvəl ukraynalı səfir mərakeşli həmkarı ilə görüşərək iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etmişdi.