Ukrayna ordusu PUA-larla Belqorodda üç yaşayış məntəqəsinə hücum edib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında yazıb.
O bildirib ki, PUA-lardan biri Novopetrovka kəndində çoxmənzilli binaya çırpılıb və nəticədə binanın bir hissəsi uçub.
Qladkov ölən və yaralananlarla bağlı məlumat verməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun