EN

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - kiçik işlərdə uğur əldə edəcəksiniz. Əhəmiyyətli və mühüm işlərdə diqqətli olun, sayıq davranın. Genişmiqyaslı, vacib məsələlərlə bağlı qərar qəbul etmək üçün əlverişli zaman deyil. Prinsipial məsələlərin müzakirəsini ertələyin. Gəlirlər olacaq, amma onların məbləği böyük deyil.

Buğa - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurludur. Yeni işgüzar maraqlar yaranır. Planlarınızı həyata keçirməkdə sizə yardım edə biləcək insanlarla qarşılaşacaqsınız. Tələskənliyə yol verməyin, aramla davranın. Düşünülməmiş qərarlar sonradan fəsadlarının aradan qaldırılmasına xeyli vaxt gərəkəcək səhvlərə səbəb ola bilər.

Əkizlər - müsbət təmayüllərin təsiri güclənir. Praktiki olaraq bütün işlərdə uğur əldə edə bilərsiniz. Peşəkar fəaliyyətdə yeni üfüqlərlə qarşılaşacaqsınız. İş yerinin dəyişdirilməsi, yeni tərəfdaşlarla sərfəli əməkdaşlıq məsələlərini müzakirə etmək olar. Maliyyə fonu uğurludur.

Şəxsi münasibətlərdə problemlər yaratmayın. Çoxdankı planlarınızı və ideyalarınızı reallaşdırmaq imkanları yaranır. Təşəbbüskar olun. Hisslərinizi etiraf edin, sevdiyiniz insanla açıq danışın.
 

Xərçəng - balşadığınız işləri yarımçıq qoymayın, bitirin. Bəzi layihələri, sadəcə, əla yerinə yetirə bilərsiniz. Maraqlı yox, zəruri işlərlə məşğul olun. Özünüzü nəyəsə məcbur etməyin. Bir zamanlar məhsuldar əməkdaşlıq və ya tərəfdaşlıq etdiyiniz insanlar yenidən sizinlə əlaqə saxlayacaqlar. Səylərinizi birləşdirsəniz, əhəmiyyətli nəticələrə nail olacaqsınız.

Şir - günün ilk yarısında ehtiyatlı olun. Çətin, müşkül işlərə başlamayın. Mürəkkəb layihənin həyata keçirilməsi və ya önəmli maliyyə məsələlərinin çözülməsi cəhdləri yersizdir. Maliyyə itkilərinə məruz qalmamaq üçün sayıq davranın.

Qız - çox iş planlaşdırıbsınızsa, vəziyyət çətin olacaq. Hətta ən asan, rutin işlər belə gözlənildiyindən çox vaxt alacaq. Görüşməli olduğunuz insanlar gecikirlər. Sizin də punktual olmağımız asan deyil.

Tərəzi - bu gün məqsədə asanlıqla çataraq rahat uğurlara nail ola biləcəyinizi düşünməyin. Səylə çalışaraq zəhmət çəksəniz, niyyətinizi reallaşdıra biləcəksiniz. Karyera irəliləyişinzə yardım edərək gəlirlərinizi artıra biləcək insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.

Əqrəb - günün ilk yarısındakı problemlər, çətinliklər sizi ruhdan salmasın. Vurnuxmaya, tələskənliyə yol verməyin. İşlərdə nizam, qayda yaradaraq situasiyanı nəzarət altına alın. Karyeranızın inkişafının asılı olduğu insanlarla ünsiyyətdə ehtiyatlı olun. Düşünülməmiş deyilən kəlmələr ciddi problemlər yarada bilər.

Oxatan - aktual və həllini təcili tələb edən problemlərin həlli üçün günün ilk yarısı münasibdir. İşgüzar aktivliyiniz yüksək olmalıdır. Kimsə və ya nə isə sizə diqqətlə, əzmlə çalışmağa mane olmamalıdır. Zaman sizə qarşıdır və bu səbəbdən də vaxtınızdan normal istifadə edin.

Oğlaq - çətinliklər və problemlər istisna deyil. Onları dəf etmək çətin deyil. Üstəlik, yardım üçün müraciət edəcəyiniz insanlar sözlərini qulaqardına vurmayacaqlar. Şübhələnməyin, təlaşa qapılmayın. Aktiv fəaliyyətə başlayın. Alış-veriş, ciddi sərmayə ilə bağlı qərarlar qəbul etmək üçün əlverişli zamandır.

Dolça - bu gün nə qədər az risk etsəniz, bir o qədər yaxşıdır. Məqsədə doğru avantüralı yollar aramaqdansa, sınanmış vasitələrdən və metodlardan istifadə edin. İstənilən formada çətinlik yaransa dostlara və ya qohumlara müraciət etmək olar. Onlar sizə yardım etməyə hazırdırlar.

Balıqlar - çox xoş, rahat gündür. İşlərinizdə uğurlara nail olacaqsınız. Dürüst qərarları sürətlə, vaxtında qəbul edin. Rəqibləriniz sizə paxıllıq edir, məkrli planlar qururlar. Onlar sizə zərbə vurmağa çalışsalar da, alınmayacaq. Maraqlı işgüzar təklif ala bilərsiniz.

Milli.Az

Chosen
186
32
mia.az

10Sources