UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində "Linkoln" (Cəbəllütariq) və "Qarabağ" komandaları üz-üzə gəlib.
Yenisabah.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada ağdamlılar rəqiblərindən iki top fərqi ilə üstün olub.
Matçın 45+2-ci dəqiqəsində Juninyo “köhlən atlar”ı önə çıxarıb.
Qarşılaşmanın 75-ci dəqiqəsində isə Toral Bayramov oyunda yekun hesabı müəyyən edib – 0:2.
Komandalar arasında cavab oyunu iyulun 30-da Bakıda keçiriləcək.
Telegram kanalımız