EN

Azərbaycanlı tələbə Avropa mətbuatında Qarabağ mədəniyyətinə dair məqalələr dərc etdirib

Macarıstanın Budapeşt Biznes Universitetinin birinci kurs tələbəsi Tuncay Eyvazlı İngiltərə, Bolqarıstan, Çexiya, Gürcüstan və Avstriyanın media orqanlarında Qarabağın dünya miqyaslı arxeoloji abidələri, məşhur muzeyləri bəzəyən xalçaları, ləziz kulinariyası haqqında məqalələr yayımlayıb.

Yazılardan biri UNESCO irsi sayılan muğamın Qarabağda tarixi, yerli xanəndələri, Azərbaycan və ümumilikdə İslam dünyasının mədəniyyət paytaxtı sayılan müasir Şuşada keçirilən “Xarıbülbül” festivalı və digər məqamlara həsr edilib.

Məqalələrdə həmçinin Qarabağda uzun illər işğal altında qalan tarixi-memarlıq abidələri, talan edlən mədəniyyət müəssisələri barəsində də məlumat verilib. Yazılarda Azərbaycanın rəsmi qurumları - Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agenliyi, Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi məlumatlarına istinad olunub.

Qeyd edək ki, məqalələr İngiltərənin “Thebestmagazine” saytında, Bolqarıstanın “Zemya” qəzetində, Çexiyanın populyar “Prague morning” saytında, “Avusturya günlügü” xəbər saytında və Gürcüstanın üç dildə yayımlanan “Newsday” saytında dərc edilib. Yazılar Mədəniyyət Nazirliyinin maliyyə dəstəyilə Tərəfsiz (Parlament) Jurnalistlər Birliyi tərəfindən icra olunan “Qarabağın və Zəngəzurun zəngin mədəni irsinin beynəlxalq və yerli mediada təbliği” çərçivəsində hazırlanıb.


Chosen
49
15
news365.az

10Sources