EN

Türkiyə millisinin sabiq hücumçusu karyerasını başa vurdu

Türkiyə milli komandasının sabiq üzvü Umut Bulut gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, 41 yaşlı hücumçu peşəkar karyerasını başa vurub. Bu barədə futbolçu özü məlumat verib.

Qeyd edək ki, Umut Bulut karyerası ərzində "Ankaragücü", "İnegölspor", "Trabzonspor", "Tuluza", "Qalatasaray", "Kayserispor", "Yeni Malatyaspor", "Eyüpspor" və "Sarıyer"in formasını geyinib. Təcrübəli forvard Türkiyə yığmasının heyətində meydana çıxdığı 39 rəsmi matçda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
90
8
sportal.az

10Sources