Ölkənin ən bahalı taksi xidmətlərindən biri hesab edilən “189 TAXI” ilə bağlı şikayətlərin ardı arası kəsilmir.Çağırılan taksilərinin bahalı olmasını xidmət səviyyəsinin yüksək olması ilə cavablandıran sözügedən şirkətə məxsus avtomobil çirk içində olub Hadisə müğənni Nura Surinin başına gəlib.32gun.az bildirir ki, “189 Taxi” şirkətindən taksi çağıran müğənni çirkab içində, əzilmiş və biabırçı vəziyyətində avtomobil gəlib.N.Suri özü bu barədə sosial şəbəkədə paylaşım edib.