EN

Azərbaycanda 6 ayda 178 minə yaxın əmlaka çıxarış verilib

Bu ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlak üzərində 177 664 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Bakıda mənzil bazarında vəziyyət necədir?

FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bu göstəricinin 27 707-si (15,6 faizi) ilkin, 149 957-si isə (84,4faizi) isə təkrar qeydiyyatın payına düşür.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində - 27 695, mənzil üzərində - 39 388, torpaq sahəsi – 104 580, qeyri-yaşayış binası – 1 586, qeyri-yaşayış sahəsi – 4 017, əmlak kompleksi - 376, çoxmərtəbəli yaşayış binası üzərində isə 22 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 45 513-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin birinci yarımilliyi ərzində 132 115 texniki pasport tərtib edilib, 35 203 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Chosen
45
16
fed.az

10Sources