EN

Çində daşqın nəticəsində 14 nəfər ölüb, 25 nəfər itkin düşüb

Çində daşqın nəticəsində 14 nəfər ölüb, 25 nəfər itkin düşüb

Çində daşqın nəticəsində 14 nəfərin ölüdüyü, 25 nəfərin isə itkin düşdüyü bildirilib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Xilasetmə qrupları Çinin Sıçuan əyalətində leysan yağışların səbəb olduğu sel fəlakətində 14 nəfərin cəsədini tapıb.

25 nəfər hələ də itkin sayılır. Xilasetmə işləri pilotsuz uçuş aparatları, axtarış itləri və həyat aşkar edən cihazlarla davam edir. Sel nəticəsində bir çox evə ziyan dəyib, 15 yaralı xəstəxanaya yerləşdirilib və onların həyati təhlükəsi yoxdur.

Səlahiyyətlilər bildiriblər ki, su basmış ərazilərdə elektrik və yol təmiri işləri yekunlaşıb.

Chosen
106
13
sonxeber.az

10Sources