Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb .
Valyuta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2.12 ABŞ dolları, yaxud da 2.39 % azalaraq 86.34 ABŞ dolları təşkil edib.
“Brent” markalı neftin qiyməti 2.21 ABŞ dolları və ya 2.59 % azalaraq 83.07 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.