ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində deyib ki , 13 iyulda sui-qəsd cəhdi zamanı alınan yara sağalır, sarğılar indi kiçildilir.
"Biz kiçik sarğılara keçirik, lakin bu, pis əməliyyat idi və iyrənc idi", - deyə qeyd edib.
Tramp həmçinin bildirib ki, Pensilvaniya ştatında keçirilən mitinqdə qulağından yaralanan zaman atəş açıldıqdan sonra təhlükəsizlik qüvvələri ABŞ-ın keçmiş prezidentinin bədəninin başqa nahiyəsindən yaralandığını düşünərək onu xərəkdə aparmaq istəyib, lakin siyasətçi imtina edib.