EN

ABŞ ordusu Ermənistana “girir” – İran niyə susur?

Azərbaycanla İran arasında diplomatik və siyasi münasibətlərin düzəlməsinə ümidlərin artdığı vaxtda Bakı Tehranın bəzi hərəkətlərindən narazıdır. Xüsusilə də Fransanın və ABŞ-ın Ermənistana hərbi yardımları fonunda İranın səssiz qalması Azərbaycanda birmənalı qarşılanmır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan deyib ki, Qərblə İran arasında Ermənistanla bağlı sanki müəyyən razılaşma var:

“Rəsmi İrəvan Bəşər Əsəd rejiminə yardım edəndə ABŞ rəsmiləri buna qarşı çıxdı, lakin Ermənistana sanksiyalar tətbiq edilmədi. ABŞ başda olmaqla müttəfiqlərinin İrana tətbiq etdiyi sanksiyalara baxmayaraq, rəsmi İrəvan Tehranla energetika sahəsində əməkdaşlıq edir. Son zamanlar Ermənistan İrandan nəql etdiyi təbii qazın həcmini iki dəfə artırıb”.

Politoloqun sözlərinə görə, Qərb Ermənistanın İranla əməkdaşlığına da göz yumur:

“İranın hərbi sənayesinə sanksiyalar tətbiq olunsa da, Ermənistan onunla hərbi əməkdaşlığa dair razılaşmalar, sənədlər imzalayır. İran Ermənistan vasitəsilə Cənubi Qafqazda əhəmiyyətli aktorlardan birinə çevrilmək istəyir. Qərbin prosesdə sakitliyinə cavab olaraq İran da onun Ermənistanla əməkdaşlığını sükutla qarşılayacaq”.

Chosen
116
50
turkustan.az

10Sources