Türkiyənin Çanaqqala vilayətində 4.7 maqnitudalı zəlzələ olub.
E-huquq.az xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 10.23 kilometr dərinlikdə qeydə alınıb.
Təbii fəlakətin fəsadları barədə məlumat verilməyib.