EN

Qızı deputatlığa namizəd olan Fəzail Ağamalıdan açıqlama - "Məni rahat buraxın"

Xəbər verdiyimiz kimi, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı səhhəti ilə bağlı bu il parlament seçkilərində iştirak etməyəcək.Onun deputat olduğu 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən isə Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının qızı Günay Ağamalı iştirak edəcək.Salyandan olan tanınmış yazıçı-filoloq hacı Cəfər Cəfərli Günay Ağamalının seçkilərdən öncə səsləndirdiyi "Salyan camaatının mənə olan etimadını yüksək qiymətləndirirəm. Bu etimada layiq olmağa çalışacam” fikirlərinə etiraz edib. O bu haqda sosial şəbəkədə yazıb.Rubrika.Az bildirir ki, mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bu haqda danışmaq istəmədiyini deyib: "Məni rahat buraxın. Seçkilərlə və bu məsələ ilə bağlı heç kimə açıqlama vermək istəmirəm".Qeyd edək ki, Fəzail Ağamalı seçkilərdə iştirak etməməsini səhhətində olan problemlər əlaqələndirmişdi: "Bu il seçkilərdə iştirak etməyəcəm. Səhhətimdə bəzi problemlər var. Ona görə namizəd olmamağı qərara aldım. Artıq qızımın namizədliyi təsdiq olunub. Qızım, Günay Ağamalı 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub”.Rubrika.Az





Facebook-da paylaş

Chosen
136
50
rublika.az

10Sources