EN

“Turan Tovuz”dan heç-heçə

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz” ikinci yoxlama görüşünü keçirib.

Msport.az xəbər verir ki, Kurban Berdıyevin komandası yerli “Adana Dəmirspor”la qarşılaşıb.

Super Liqa klubu ilə matç 3:3 hesablı bərabərliklə başa çatıb. Tovuzluların heyətində Veysəl Rzayev və Aleks Souza fərqləniblər. Digər qolu isə türklər öz qapılarından keçiriblər.

Qeyd edək ki, tovuzlular ilk yoxlama matçında Türkiyə I Liqa təmsilçisi “Pendikspor”la qolsuz heç-heçə oynayıb.

Chosen
64
2
msport.az

10Sources