EN

Bakıda teplovozdan qara tüstünün çıxmasının SƏBƏBİ AÇIQLANDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Binə qəsəbəsində teplovozdan qara tüstü çıxması müzakirələrə səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Qeyd olunub ki, teplovozun atmosferə qara tüstü buraxması ekologiyanın çirklənməsinə səbəb olur.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə sorğu ünvanladıq.
Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bir neçə gün əvvəl Binə qəsəbəsində sözügedən lokomotiv manevr işləri apararkən maşinist briqadası tərəfindən nasazlıq qeydə alınıb və teplovoz texniki baxış üçün birbaşa təmir deposuna göndərilib:
"ADY ətraf mühitin qorunmasına xüsusi həssaslıqla yanaşır. Belə ki, vaqon və lokomotiv parkımız mərhələli şəkildə müasirləşdirilir, ekodost hesab olunan yeni nəsil qatarlar və lokomotivlər alınır, hərəkət tərkibləri plan qrafik üzrə vaxtında texniki baxışdan keçirilir, dəmir yolu xətləri boyunca yaşıllıqlar salınır, tullantıların təkrar emalı üzrə layihələr həyata keçirilir".
Chosen
155
22
oxu.az

9Sources