EN

Fənərbaxçaya pis xəbər! Yeni transfer Allan Saint-Maximin məşqdə...

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində sabah "Luqano" ilə qarşılaşacaq "Fənərbaxça" kritik matçın hazırlıqlarını tamamlayıb.

Demedia.az xəbər verir ki,   sarı-göylü komandaya Luqano matçı öncəsi yeni transfer Allan Saint-Maximin-dən pis xəbər gəldi. Fənərbaxça Luqano matçının hazırlıqlarını tamamladı. Baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında Can Bartu Təsislərində keçirilən və ilk 15 dəqiqəsi mətbuat mənsublarına açıq olan məşq isinmə hərəkətləri ilə başlayıb. Təlimin mətbuata qapalı olan hissəsində taktiki məşqin aparıldığı öyrənilib.
Zədə səbəbindən ağrıları olan yeni transfer Allan Saint-Maximin son məşqdə iştirak etməyib. Fransız ulduzun bazar günü məşq zamanı aldığı zərbə nəticəsində ağrı hiss etdiyi və bu səbəbdən məşqə çıxmadığı öyrənilib. Maksimindən başqa millidən zədələnən Səməd Akaydın da komandadan ayrı məşq edib.
Hazırlıqlarını bu məşqlə tamamlayan sarı-göylü komanda, saat 14.00-da Sabiha Gökçen hava limanından qalxacaq şəxsi təyyarə ilə İsveçrənin Bazel şəhərinə gedəcək. "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Sent-Maksiminin sabah keçiriləcək Luqano matçı üçün heyətdə olub-olmayacağına daha sonra qərar verəcək.

Chosen
63
demedia.az

1Sources