EN

AZƏRTAC Şuşa Qlobal Media Forumu çərçivəsində dörd xarici media orqanı ilə əməkdaşlıq müqavilələri imzalayıb VİDEO

Şuşa, 22 iyul, Hikmət Əhmədov, Leyla Muradzadə, AZƏRTAC

Şuşada keçirilən 2-ci Qlobal Media Forumu çərçivəsində iyulun 22-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə dörd xarici informasiya agentliyi - Əlcəzairin APS, Seneqalın APS, Pakistanın APP və Macarıstanın MTI agentlikləri arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb.

Sənədləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, APS-in (Əlcəzair) baş direktoru Samir Qaid, APS-in (Seneqal) baş direktoru Tierno Ahmadu, APP-nin (Pakistan) icraçı direktorunun müavini Mudassar İqbal və MTI-nin (Macarıstan) kreativ direktoru Robert Karaş imzalayıblar.

Müqavilələr gündəlik xəbər mübadiləsi, əməkdaşların qarşılıqlı səfərlərinin təşkili və birgə informasiyaların hazırlanmasında dəstəyin göstərilməsini nəzərdə tutur.

Qeyd edək ki, AZƏRTAC Macarıstanın MTI agentliyi ilə ikinci, digər agentliklərlə isə ilk dəfədir əməkdaşlıq müqaviləsi bağlayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
68
3
azertag.az

4Sources