EN

AFFA-dan inkişaf strategiyası ilə bağlı MÜRACİƏT

Bakı. Trend:

AFFA-nın növbəti illər üçün inkişaf strategiyasının yazılmasıməqsədilə onlayn formatda bir neçə görüş təşkil edilib.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu qurumun mətbuat xidmətiaçıqlayıb.

Görüşlərdə AFFA, həmçinin strategiya əməkdaşı “Double Pass” və“McKinsey & Company” şirkətlərinin nümayəndələri iştirak ediblər.Görüş zamanı aşağıdakı məsələlər müzakirə olunub:

- Strategiyanın yazılması məqsədilə müxtəlif sahələrdə carivəziyyətin müzakirəsi və təhlil üçün tələb olunan məlumatlarıntoplanma prosesi
- Növbəti həftələrdə hər iki şirkətin nümayəndələri ilə Bakıdaplanlaşdırılan görüşlərin tarixləri, müzakirə ediləcək məsələlər vənövbəti addımlar müəyyən olunub
Strategiyanın yazılması prosesində AFFA-nın üzvü olan qurumlardan,müxtəlif liqalarda yarışan peşəkar futbol klublarından, partnyor vəsponsorlardan, media nümayəndələrindən, həmçinin futbolictimaiyyətindən rəylərin alınması ilə bağlı qərar qəbul olunub.Toplanan məlumatlar növbəti mərhələlərdə AFFA və əməkdaşlıq etdiyişirkətlər tərəfindən analiz ediləcək.

Rəylərin toplanması məqsədilə 09.08.2024-cü il tarixində medianümayəndələri ilə görüş təşkil olunacaq. Görüşdə iştirak etmək üçünmedia nümayəndələri 02.08.2024-cü il tarixinədək [email protected] emailünvanında qeydiyyatdan keçə bilərlər. Görüşün məkanı və saatlarıilə bağlı ətraflı məlumat qeydiyyat prosesi başa çatdıqdan sonraAFFA-nın rəsmi saytında dərc olunacaq.

İctimaiyyətdən gələcək strategiyanın yazılması ilə bağlıpotensial təkliflər isə 05.08.2024-cü il tarixinədək qəbulolunacaq. Hər bir şəxs aşağıdakı link vasitəsilə öz təklifiniAFFA-ya təqdim edə bilər: https://forms.gle/Mdgp7RzgnA2eJinS9

AFFA-nın üzvü olan qurumlardan, müxtəlif liqalarda yarışanpeşəkar futbol klublarından, həmçinin tərəfdaş və sponsorlardanrəylərin toplanması prosesi ilə bağlı məlumat ictimaiyyətəaçıqlanacaq.

Məqalədə:
Chosen
30
9
az.trend.az

10Sources