EN

BQXK nümayəndələri Qarabağ separatçılarına baş çəkib

Bakı. Trend:

İyul ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqındaməlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkiblər.Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onlarınailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

Bu barədə Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyininictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumatverib.

O qeyd edib ki, mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələrzamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitiniqiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrinibərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nınprosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr vətövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirəedilir.

Qeyd edək ki, istintaqı Baş Prokurorluq və DTX əməkdaşlarındanibarət birgə istintaq qrupu tərəfindən davam etdirilən cinayət işiüzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlbolunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluqtərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötənil keçirilən antiterror əməliyyatından sonra Azərbaycanınhüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri”olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq"xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri”David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan vəkeçmiş “dövlət naziri” Ruben Vardanyanı da həbs edərək Bakıyagətirib.

Məqalədə:
Chosen
65
46
az.trend.az

10Sources