EN

Yoxa çıxan helikopter tapıldı

Rusiyanın Yakutiya vilayətində bir neçə gün əvvəl içində üç sərnişinlə yoxa çıxan "Robinson" helikopteri tapılıb.   Manset.az xarici mediaya istinadən bildirir ki, Şərqi Sibir Nəqliyyat Prokurorluğunun məlumatına görə, helikopter tamamilə dağılmış vəziyyətdə olub. Həmçinin pilotun və üç sərnişinin cəsədləri də aşkarlanıb. Xatırladaq ki, "Robinson R44 II" helikopteri iyulun 19-da qəzaya uğrayıb. Helikopterin göyərtəsində bir pilot və üç sərnişin olub.   Fidan Əliyeva

Manşet.az

Chosen
14
1
manset.az

4Sources