EN

Avropaya qayıtmaq üçün bu yola əl atdı

Kolumbiyalı yarımmüdafiəçi Xames Rodriges "Sao-Paulo"dan ayrılacaq.

Publika.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Qeyd olunur ki, 33 yaşlı futbolçu Braziliya klubu ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edərək, azad agent statusuna sahib olacaq. Xames Amerika kubokunda Kolumbiya millisi ilə gümüş medal qazandıqdan sonra Avropaya qayıtmaq istəyir.

Xatırladaq ki, Xames 2 göstəricidə Amerika Kubokunda fərqlənib. O, həm turnirin ən yaxşı futbolçusu seçilib, həm də ən çox məhsuldar ötürmə edən oyunçu olub - 6 dəfə.

Chosen
49
1
publika.az

2Sources