EN

Magistraturaya keçənlər üçün son gündür —XƏBƏRDARLIQ

Magistraturaya qəbul olmuş şəxslər 22 iyul saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün bakalavrlar  göstərilən vaxtadək //portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Demokrat.az
-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi (DİM) bildirib ki, qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər.

Xatırladaq ki, bakalavrların qeydiyyat prosesinə iyulun 9-dan başlanılıb.

Bu il ali məktəblərin magistratura pilləsinə keçirilən müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15660 bakalavrdan 13484 nəfəri qəbul olunub. Qəbul olunanlardan 5996 nəfər dövlət sifarişi, 7488 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9694 nəfər ali təhsil müəssisələrinin cari, 3790 nəfər isə əvvəlki illərin məzunudur.

Chosen
68
14
demokrat.az

10Sources