EN

Qrenlandiya polisi tanınmış ətraf mühit fəalını həbs edib

Qrenlandiyanın hüquq-mühafizə orqanları Yaponiyanın verdiyi beynəlxalq order əsasında tanınmış ekoloji fəal Pol Uotsonu saxlayıb.

“İki sahil” xəbər verir ki, Pol Uotson Qrenlandiyanın paytaxtı Nuukda həbs edilib.

Onun Yaponiyaya ekstradisiya ilə bağlı qərar çıxarılana qədər rayon məhkəməsinə gətiriləcəyi gözlənilir.

Polis Uotsonu gəmiyə yanacaq doldurma zamanı tutub. Gəmidə 25 ekipaj üzvü olub və Sakit Okeanda qanunsuz balina ovuna qarşı mübarizə çərçivəsində hərəkət edirmiş.

Uotson fondunun direktoru Loki Maklin Danimarka hökumətini fəalı azad etməyə çağırıb və onun həbsini siyasi motivli adlandırıb.

Chosen
184
3
ikisahil.az

10Sources