EN

2-ci Şuşa Qlobal Media Forumunda “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər” mövzusu müzakirə edilib

Şuşa şəhərində keçirilən 2-ci Qlobal Media Forumu çərçivəsində “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər” mövzusuna həsr olunan panel müzakirə keçirilib.

Əl-Cəzirənin dəstəyi ilə təşkil olunan panel müzakirədə moderatorluğu Əl-Cəzirə Araşdırmalar Mərkəzinin tədqiqat üzrə meneceri Ezzeddine Abdelmoula edib, Əl-Cəzirə Araşdırmalar Mərkəzinin Media Tədqiqatları şöbəsinin müdiri Mohamed Er-Raji, Əl-Cəzirə-nin “Sanad” Agentliyinin rəqəmsal xəbərlərin toplanması və yoxlanılması şöbəsinin rəhbəri Amr Elkazaz, “Mail and Guardian” qəzetinin baş icraçı direktoru Thembisa Fakude və Al Jazeera English xəbər kanalının direktoru Salah Negm isə spiker qismində fikirlərini bölüşüblər.

İştirakçılar dezinformasiyaya qarşı davamlı cəmiyyətin formalaşdırılması istiqamətində strategiya və təşəbbüslər, dezinformasiya təhdidinin aradan qaldırılması məqsədilə qlobal miqyasda daha davamlı onlayn media ekosisteminin qurulması, feyk məlumatın yayılmasının müxtəlif media platformaları və növlərindən asılılığı, medianın dezinformasiyanın qarşısının alınmasında necə daha aktiv rol oynaya biləcəyinə dair geniş diskussiya aparıb.

1/6
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
99
media.gov.az

1Sources