EN

Ançelotti: "İspaniya Avro-2024-ü qazanmağa layiq idi"

"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya millisinin Avro-2024-ün qalibi olması barədə danışıb.

AzxeberSport xəbər verir ki, o, İspaniya millisinin bu qələbəyə layiq olduğunu söyləyib: 

"İspaniya Avro-2024-ü qazanmağa layiq idi. Bu komandada çoxlu istedadlı oyunçular var. Bu Avropa çempionatında yüksək intensivlik yox idi.

Ən güclü futbolçular turnirə yorğun gəlmişdilər”.

Xatırladaq ki, Avropa çempionatının final oyununda İspaniya millisi İngiltərə yığmasına 2:1 hesabı ilə qalib gəlib.

Chosen
39
1
azxebersport.az

2Sources