EN

Rakitiçin transferini rəsmən açıqladılar

"Barselona"nın və Xorvatiya millisinin sabiq yarımmüdafiəçisi İvan Rakitiçin "Hayduk"a keçidi rəsmiləşib.

AzxeberSport Xorvatiya klubunun saytına istinadən xəbər verir ki, 36 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. O, bu gün ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Rakitiçin son klubu Səudiyyə Ərəbistanının "Əl-Şabab"ı olub. Ötən mövsüm xorvatiyalı futbolçu bütün yarışlarda 35 matçda iştirak edib, 3 qol vurub və 4 qolun ötürməsini verib.

 

Chosen
22
13
azxebersport.az

10Sources