EN

Ten Haq: "Ranqnik haqlı idi"

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq klubun durumu barədə danışıb.

AzxeberSport xəbər verir ki, mütəxəssis İngiltərə nəhəngində standartların kifayət qədər yüksək olmadığını bildirən “qırmızı şeytanlar”ın sabiq baş məşqçisi Ralf Ranqnikin haqlı olduğunu deyib: 

“Renqnik tamamilə haqlı idi. Bunun üzərində iki il çox çalışdıq. Halbuki onun dedikləri tamamilə doğrudur. Kluba hərtərəfli və çox mürəkkəb işlərin görülməsi lazım idi. 

Biz istəyirik ki, klub on ildən çox əvvəlki vəziyyətinə qayıtsın, yenidən Premyer Liqanı qazansın və Çempionlar Liqasını qazana bilsin. Düşünürəm ki, biz həqiqətən də bundan çox uzağıq”.

Qeyd edək ki, Ranqnik 2021-ci ilin dekabrından 2022-ci ilin mayına kimi “qırmızı şeytanlar”ın müvəqqəti məşqçisi vəzifəsində çalışıb.

Chosen
14
1
azxebersport.az

2Sources