EN

"Arsenal" müdafiəçi ilə 5 illik müqavilə imzalayır

"Arsenal" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

AzxeberSport xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. London təmsilçisi "Bolonya"nın müdafiəçisi Rikkardo Kalafiorinin keçidi həll edib. Klub 22 yaşlı italiyalının razılığını alıb. Tərəflər arasında müqavilə 2029-cu ilə qədər olacaq.

Qeyd edək ki, Kalafiori 2023-cü ilin avqustundan "Bolonya"da oynayır. O, 2023/24 mövsümündə komandanın heyətində bütün yarışlarda 33 matça çıxıb, 2 qol vurub və 5 qolun ötürməsini verib.

Chosen
54
1
azxebersport.az

2Sources