Dünyadakı su hövzələrində həll olunmuş oksigen ehtiyatı sürətlə azalır. Bu barədə Nature jurnalı məlumat yayıb.
Elm adamları bunun Yer kürəsinin həyatı təmin edən əsas sistem üçün ən böyük təhlükələrdən biri olduğunu bildirir.
Qeyd edilir ki, atmosferdəki oksigen insanlar kimi heyvanlar üçün də həyati əhəmiyyət kəsb edir. Bundan başqa suda həll olunmuş oksigen də şirin su və dəniz sistemləri üçün vacibdir.
"Milyardlarla insanın qida və gəlir üçün dəniz və şirin su yaşayış yerlərindən asılı olduğunu nəzərə alsaq, əminliklə demək olar ki, bu ekosistemlərdə oksigen səviyyəsi əhəmiyyətli dərəcədə və sürətlə azalır"- elm adamları həyəcan təbili çalıblar.
Tural