EN

Asim Xudiyevə UEFA-dan yeni təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Rekord.az xəbər verir ki, o, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 25-də keçiriləcək “Sürix” (İsveçrə) – “Şelburn” (İrlandiya) görüşünün hakim-inspektoru olacaq.

Sürix şəhərində yerləşən “Letsiqrund” stadionunda baş tutacaq qarşılaşmanı kosovolu baş hakim Visar Kastrati idarə edəcək.

Chosen
49
29
rekord.az

10Sources