EN

"Betis"in futbolçusu digər İspaniya klubuna icarəyə verilib

İspaniyanın "Betis" klubunun hücumçusu Borxa İqlesias digər La Liqa təmsilçisi "Selta"ya keçib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı ispaniyalı futbolçu 2024/2025 mövsümünün sonuna qədər icarəyə verilib.

Qeyd edək ki, ön xətt oyunçusu ötən mövsüm icarə əsasında Almaniyanın "Bayer 04" klubunda oynayıb. B.İqlesias ötən mövsüm UEFA Avropa Liqasının 1/8 finalında "Qarabağ"la hər iki matçda meydana çıxıb.

Chosen
89
3
report.az

10Sources