“Şamaxı” bu ayın əvvəlində transfer etdiyi futbol üzrə Namibiya milli komandasının mərkəz müdafiəçisi Lubeni Haukonqo ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, futbolçu Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə yaşamaq icazəsi ala bilmədiyi üçün tərəflər arasında imzalanan müqavilə qüvvəyə minməyib. Klub futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, əyalət təmsilçisi namibiyalı oyunçunun transferini iyulun 7-də açıqlanmşdı. Lubeni Haukonqo “Şamaxı” ilə 1 illik müqavilə imzalamışdı. 24 yaşlı futbolçunun sonuncu iş yeri Cənubi Afrika Respublikasının “Keyp Taun Spurs” klubu olub. Haukonqo 2021-ci ildən Namibiya millisinə dəvət alır. O, yığma komandada 7 oyuna çıxıb.